"Aston Villa"nın sabiq hücumçusu Qabriel Aqbonlahor, DÇ-2026-nın 1/16 finalında İngiltərənin DR Konqo üzərində qazandığı çətin qələbədən (2:1) sonra komandanın futbolçularını qiymətləndirib.
Medianews.az xəbər veri ki, ekspert matçda iki qol vuran Harri Keyni komandanın ən yaxşısı hesab etməyib.
Aqbonlahorun futbolçulara verdiyi ballar (10 ballıq sistemlə):
- Cud Bellingem – 7 ball (Komandanın ən yaxşısı)
- Harri Keyn – 6 ball (Dubl etməsinə baxmayaraq)
- Deklan Rays – 5 ball
- Cedd Spens, Mark Qehi, Ezri Konsa, Niko O’Rayli, Elliot Anderson, Noni Madueke, Markus Reşford – 4 ball
- Cordan Pikford – 2 ball (Komandanın ən pisi)
Ekspertin fikrincə, buraxılan qolda kobud səhvə yol verən qapıçı Pikford oyunun antirekordçusu olub. Xatırladaq ki, bu qələbə sayəsində 1/8 finala yüksələn İngiltərə millisi növbəti mərhələdə Meksika ilə qarşılaşacaq.
Medianews.az