Medianews.az
Nazilə Səfərlinin köməkçisi
124 baxış

Nazilə Səfərlinin köməkçisi gündəm oldu

Nazilə Səfərli evində çalışan filippinli köməkçi ilə bağlı tənqidləri cavablandırıb.

Medianews.az xəbər verir ki, şairə bu barədə sosial şəbəkədə yayımladığı videoda danışıb.

Nazilə Səfərli bildirib ki, artıq 1 aydır ev işlərində ona filippinli qadın kömək edir və bu seçimindən çox razıdır. 

Şairə qeyd edib ki, köməkçisinin sakit, işinə məsuliyyətlə yanaşan biri olması onu qane edir. O, insanların qeybətindən yorulduğunu, buna görə də evdə rahat mühitə üstünlük verdiyini vurğulayıb.

N.Səfərli əlavə edib ki, istirahət etməsindən narahat olmadığını bildirib. Özü də müxtəlif məclislərdə çalışır, zəhmət çəkərək qazanc əldə edir və qazandığını ehtiyaclarına xərcləyir.

Bizə qoşulun