Medianews.az
Bu ölkədə prezident seçkisinin günləri dəqiqləşdi
107 baxış

Bu ölkədə prezident seçkisinin günləri dəqiqləşdi

Fransada 2027-ci ilin prezident seçkisinin dəqiq tarixi bəlli olub.

Medianews.az bildirir ki, Nazirlər Şurası birinci turu aprelin 18-nə, ikinci turu mayın 2-nə təyin edib.

Prezident 5 ildən bir seçilir. Ardıcıl iki dəfədən artıq prezident postu tutmaq yasaqdır.

2017 və 2022-ci illərin seçkilərində Emmanuel Makron prezident mandatı alıb. 1977-ci il təvəllüdlü Emmanuel Makron ikinci prezidentlik müddəti bitəndən sonra siyasətdən gedəcəyini bəyan edib.

Fransada hökumət həm prezident seçkisinin, həm də parlamentin aşağı palatasına - Milli Məclisə seçkinin nəticələri əsasında qurulur. İndiki Milli Məclis 2024-cü ilin yayında keçirilmiş növbədənkənar seçkidə formalaşıb. Prezidentə bağlı İntibah Partiyası və müttəfiqləri Milli Məclisdə azlıqda olsa da, hökumət formalaşdıra bilir.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun