Medianews.az
Kanada ilk dəfə burada
126 baxış

Kanada ilk dəfə burada iştirak edəcək

Kanada 2027-ci ildə ilk dəfə olaraq “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcək.

Medianews.az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqı (EBU) və Kanada Yayım Korporasiyasının (CBC) birgə bəyanatında bildirilib.

Qeyd olunub ki, sözügedən qərar Kanada Yayım Korporasiyasının Avropa Yayım İttifaqına tamhüquqlu üzv qəbul edilməsindən sonra mümkün olub.

Kanada 2026-cı ildə “Qalan dünya” kateqoriyasında səslərin sayına görə liderlər üçlüyünə daxil olub, eyni zamanda, Vyanadakı müsabiqəni ziyarət edən ən çox tamaşaçısı olan ölkələrdən biri hesab edilib. Bu, kanadalılar arasında müsabiqəyə olan yüksək marağı göstərir.

Buna görə də, Kanada təmsilçisi Bolqarıstanda keçiriləcək yarımfinalda çıxış edəcək.

Bizə qoşulun