ABŞ-da it ov tüfəngi ilə 53 yaşlı sahibini güllələyib.
Medianews.az xəbər verir ki, hadisə Pensilvaniya ştatında baş verib.
53 yaşlı qurban yataq otağında ov tüfəngini təmizlədiyini deyib. Daha sonra o, silahı çarpayının üstünə qoyub və yanında oturub. Birdən iti çarpayıya atılıb. Ov tüfənginə dəyib, atəşə səbəb olub. Güllə sahibinin kürəyindən dəyib.
Oğlu hadisə barədə polisə məlumat verib. Gələn polislər kişini huşunu itirmiş və yerdə uzanmış vəziyyətdə tapıblar. O, xəstəxanaya çatdırılıb və ilkin əməliyyat olunub. Onun vəziyyəti stabildir.
Polis hadisənin başvermə şəraitini araşdırmağa davam edir. Hadisə zamanı zərərçəkənin oğlu evdə olsa da, o, başqa otaqda olub.
Medianews.az