ABŞ-də ev iti bir ailəni yanğından xilas edib.
Medianews.az xəbər verir ki, hadisə ABŞ-nin Lonq-Biç şəhərində baş verib.
Yanğın səhər tezdən, sakinlərin əksəriyyəti yatarkən evə yayılıb. İt yanğını görüb və hürməyə başlayıb. Ailə üzüvləri oyanıb. Vəziyyəti qiymətləndirən ailə yanan evdən tez çıxa bilib.
Hadisə yerinə gələn yanğınsöndürənlər qonşuluqda yaşayan yaşlı cütlüyü xilas ediblər.
Medianews.az