Medianews.az
İsrail açıqlamışdı,
152 baxış

İsrail açıqlamışdı, HƏMAS təsdiqlədi

Fələstin HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının lideri İzzəddin əl-Həddadın ölümünü təsdiqləyib.

Məlumat hərəkatın Telegram kanalında dərc edilib: "İzzədin əl-Həddad İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində öldürülüb".

Hərəkat həmçinin iddia edir ki, əl-Həddadın həyat yoldaşı və qızı onunla birlikdə öldürülüb.

Qeyd edək ki, 15 mayda İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürüldüyünü elan edib. O, zərbənin anklavın inzibati mərkəzi olan Qəzza şəhərini hədəf aldığını bildirdi./Musavat.com

Bizə qoşulun