"Neftçi" paraqvaylı yarımmüdafiəçi Luis Ortizlə yollarını ayırıb.
Medianews.az İdmanxeber.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi ötən mövsüm icarə əsasında komandada çıxış edən futbolçunun transfer hüquqlarını almaqda maraqlı olmayıb.
Buna görə də Ortiz icarə müddəti başa çatdıqdan sonra məxsus olduğu "Amellano" klubuna qayıdıb.
Yarımmüdafiəçi ötən mövsüm "Neftçi"nin heyətində bütün turnirlərdə 28 oyunda meydana çıxıb.