Medianews.az
İri və xırdabuynuzlu heyvanların erkən yaş və aşağı çəkidə kəsilməsi
100 baxış

İri və xırdabuynuzlu heyvanların erkən yaş və aşağı çəkidə kəsilməsi QADAĞA EDİLƏCƏK

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların erkən yaş və aşağı çəkidə kəsilməsi qanunvericiliklə tənzimlənəcək.

Medianews.az apa-ya istinadəns xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.

Qeyd edilib ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı"nın layihəsində (Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış sözügedən Dövlət Proqramının layihəsi hazırda yekun razılaşdırılma (vizalanma) mərhələsindədir) iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, heyvanların yaşa və cinsə görə kəsiminin tənzimlənməsinə dair beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması tədbirləri nəzərdə tutulub. Birinci tədbir çərçivəsində maarifləndirici materialların (buklet, broşür və s.) hazırlanması və paylanması, ikinci tədbir çərçivəsində isə iri və xırdabuynuzlu heyvanların erkən yaş və aşağı çəkidə, habelə cinsiyyəti nəzərə alınmaqla kəsilməsinə zərurət yaradan amillərin araşdırılması, bu cür heyvanların kəsilməsinin tənzimlənməsi üzrə qanunvericiliyə dair təkliflərin verilməsi, bu sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.

Bizə qoşulun