İranın dövlət televiziyası ölkənin cənubunda yerləşən Sirik şəhərində bir neçə partlayış səsinin eşidildiyini bildirib.
İranın Dövlət Televiziya və Radio Təşkilatının hərbi mənbəyə istinadla yaydığı məlumata görə, Sirik şəhəri yaxınlığında baş verən partlayışlar bir neçə mərminin rabitə qülləsinə düşməsi ilə əlaqədardır. Bildirilir ki, mərmilər Sirik şəhərinin Tahruyi kəndində yerləşən rabitə qülləsinə dəyib.
“Axios” portalı ABŞ rəsmisinə istinadla xəbər verib ki, ABŞ ordusu şənbə günü İranın ticarət gəmisinə hücumuna cavab olaraq İran ərazisindəki hədəflərə zərbələr endirir.
İranın “Fars” xəbər agentliyi isə ölkənin cənubundakı Qeşm adasının Meysin kəndində də partlayış səsinin eşidildiyini bildirib./publika.az