Medianews.az
İrana qarşı hərbi əməliyyatlar "GTA" oyunu üslubunda nümayiş etdirildi -
81 baxış

İrana qarşı hərbi əməliyyatlar "GTA" oyunu üslubunda nümayiş etdirildi - VİDEO

Ağ Ev ABŞ-nin İrana qarşı apardığı "Epik Qəzəb" adlı hərbi əməliyyatının videosunu "GTA: San Andreas" kompüter oyunu üslubunda montaj edib.

Medianews.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, video prezident administrasiyasının "X" səhifəsində yayımlanıb.

Videoda oyundan hissələrlə hərbi əməliyyatların ağ-qara görüntüləri birləşdirilib.

"İranın raket arsenalını məhv edin. Onların donanmasını məhv edin. Onların nüvə silahı əldə etmələrinə imkan verməyin. Bağlandı", - deyə paylaşımda qeyd olunub.

Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq, administrasiyanın paylaşımına cavab verib. O, "GTA: San Andreas" oyunundan "PlayStation" kontrolleri üçün sonsuz sursatın əldə edilməsi üçün "cheat code" (fırıldaqçı kod) yayımlayıb.

Bizə qoşulun