Medianews.az
İran müharibəsi Trampın komandasını iki yerə bölüb
121 baxış

İran müharibəsi Trampın komandasını iki yerə bölüb

İran müharibəsi ABŞ prezidenti Donald Trampın komandasını iki yerə bölüb.

Medianews.az bildirir ki, Almaniyanın “Bild” jurnalı belə yazır.

Bildirilir ki, komanda vitse-prezident Cey Di Venslə dövlət katibi Marko Rubio tərəfdarlarına bölünüb.

Rubio İrana qarşı hərbi əməliyyatı dəstəkləyir, Vens isə bu əməliyyata şübhə ilə yanaşır.

Hazırda Donald Tramp dövlət katibi Marko Rubioya üstünlük verir və "Bild"in adı açıqlanmayan mənbələrinin məlumatına görə, bu yaxınlarda Tramp iri sponsorlardan prezident postunda varis kimi ən çox kimi görmək istədiklərini soruşub.

Məlumata görə, onlar guya demək olar ki, yekdilliklə Rubionun adını çəkiblər. Lakin Vens MAGA (Make America Great Again) hərəkatının tərəfdarları arasında çox populyardır.

Medianews.az

Bizə qoşulun