Medianews.az
İran humanitar yüklərin
168 baxış

İran humanitar yüklərin Hörmüz boğazından keçməsinə icazə verib

İran humanitar yüklər və əsas tələbat malları daşıyan kommersiya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq göstəriş İranın kənd təsərrüfatı nazirinin müavininin səlahiyyətlərini icra edən Homan Fəthi tərəfindən islam respublikasının Limanlar və Dənizçilik Təşkilatının rəhbərliyinə göndərilib. Sənəddə qeyd olunur ki, verilən icazə İran limanlarına istiqamətlənən və ya artıq Oman körfəzi akvatoriyasında olan gəmilərə şamil edilir.

İran hakimiyyəti digər ölkələrə məxsus humanitar yüklü gəmilərin Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxışına icazə verilib-verilmədiyini dəqiqləşdirməyib.//Teleqraf

Bizə qoşulun