Medianews.az
İran “hədəf siyahısını” genişləndirir:
103 baxış

İran “hədəf siyahısını” genişləndirir: ABŞ və İsrail banklarına xəbərdarlıq

İran Tahranda bir yerli banka edilən hücumdan sonra bölgədə ABŞ və İsraillə bağlı iqtisadi mərkəzlər və bankların hədəf ola biləcəyini açıqlayıb.

Medianews.az xəbər verir ki, bununla bağlı İranın mərkəzi hərbi qərargahı “Xatəm əl-Ənbiya” bəyanat yayıb.

Bəyantda deyilir ki, dünən gecə düşmən ölkə hərbi məqsədlərinə nail ola bilmədiklərinə görə İranın banklarından birini hədəfə alıb: “Bu qanunsuz hərəkət bizə ABŞ və İsrailə məxsus iqtisadi mərkəzləri və bankları hədəf almağımıza imkan verib”.

Eyni zamanda əhaliyə banklara yaxınlaşmamaları barədə xəbərdar edilib.

Medianews.az

Bizə qoşulun