"İran qonşu və dost ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Həmin ölkələrin ərazisinə edilən hücumlar isə bu dövlətlərə qarşı deyil. Bu, bizə hücum edən ölkələrin hərbi bazalarını hədəfə almaqla verilən cavabdır".
Medianews.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə təşkil edilən mətbuat konfransında deyib.
O bildirib ki, bu müddət ərzində xarici işlər naziri Abbas Əraqçi həmin region ölkələrinin rəsmi şəxsləri ilə əlaqə saxlayıb və İranın mövqeyini açıqlayıb:
"Lakin təəssüflər olsun ki, ABŞ ilə danışıqlarla bağlı çox pis təcrübəmiz var. Görünən odur ki, artıq danışıqlardan söz belə açmaq olmaz".
"O ki, qaldı Hörmüz boğazı ilə bağlı son vəziyyətə, bura dünyada neft daşımaq üçün əsas keçidlərdən biridir və hazırda açıqdır. Lakin İran əleyhinə nələrsə müşahidə etsə və görsə ki, mənafeyini qorumaq üçün bu boğazı bağlamalıdır, bu istiqamətdə tədbirlər görüləcək"./Oxu.Az