Nobel mükafatının verilməsinə 1901-ci ildən başlanıb.
Medianews.az bildirir ki, o vaxtdan indiyə, yəni 1901-2025-ci illərdə bu mükafat 990 şəxs və 28 təşkilata verilib.
362 Nobel bir laureata qismət olub, 149 mükafat iki, 122 mükafat üç laureat arasında bölünüb.
5 nəfər iki dəfə, 1 təşkilat üç dəfə, 1 təşkilat iki dəfə Nobel alıb.
Hazırda Nobel mükafatı 6 nominasiya üzrə verilir: fiziologiya və tibb; fizika; kimya; ədəbiyyat; sülh; iqtisadiyyat.
Toğrul Əli,
Medianews.az