Medianews.az
İllərdir gizlətdiyi xəstəliyini ilk dəfə
52 baxış

İllərdir gizlətdiyi xəstəliyini ilk dəfə açıqladı

Türk pop musiqisinin tanınmış simalarından olan Gökçe qatıldığı televiziya proqramında şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraf edib.

Medianews.az xəbər verir ki, müğənni uzun illərdir Sərhəd Şəxsiyyət Pozuntusu ilə mübarizə apardığını ilk dəfə ictimaiyyətlə bölüşüb.

Sənətçi bildirib ki, diaqnoz ona hələ 9 yaşında qoyulub.

Onun sözlərinə görə, bu vəziyyət klassik mənada xəstəlik deyil:

“Sərhəd şəxsiyyət pozuntusu xəstəlik deyil, şəxsiyyət pozuntusudur. Müalicəsi yoxdur, yalnız yan təsirlərini azaltmaq mümkündür”.

Gökçe qeyd edib ki, illər boyu bu mövzunu gizli saxlayıb və yaşadığı prosesi yalnız yaxın çevrəsi ilə bölüşüb. Müğənni açıqlamasında bu vəziyyətin həyatında müəyyən çətinliklər yaratdığını da etiraf edib. O, bəzən qeyri-sabit davranışlar sərgilədiyini və bunun planlarına təsir göstərdiyini bildirib.Buna baxmayaraq, Gökçe səhnədə özünü tamam fərqli hiss etdiyini vurğulayıb.

Veriliş yayımlandıqdan sonra sosial şəbəkələrdə geniş rezonans doğurub. Pərəstişkarları sənətçinin səmimi etirafını alqışlayıb, onun cəsarətini təqdir edən çoxsaylı paylaşımlar ediblər.

İzləyicilər eyni zamanda bu cür şəxsiyyət pozuntuları barədə məlumatlılığın artırılmasının vacibliyini də qeyd ediblər.

Medianews.az

Ünlü şarkıcı Gökçe, yıllardır gizlediği hastaklığını ilk kez açıkladı

Bizə qoşulun