Medianews.az
Kral Çarlzın qardaşına qadağa: Vindzor bundan məhrum edildi
64 baxış

Kral Çarlzın qardaşına qadağa: Vindzor bundan məhrum edildi

Kral Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor at sürməkdən məhrum edilib.

Medianews.az Publika.az-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Bildirilib ki, kral ailəsinin müşavirləri qalmaqalla əlaqədar olaraq keçmiş şahzadənin at üstündə şən görüntüsünun onun imicinə mənfi təsir göstərdiyini hesab edirlər.

Müşavirlər, Vindzorun yaşadığı "Sandringham House" malikanəsinin daim medianın diqqət mərkəzində olduğunu nəzərə alaraq, mümkün qədər təvazökar imicin qorunmasına çağırıblar.

Bununla yanaşı, keçmiş şahzadə daha əvvəl silahdan istifadə lisenziyasından könüllü imtina edib və buna görə artıq ova çıxa bilmir. Bununla əlaqədar olaraq, 66 yaşlı Vindzor faktiki olaraq kotecinə qapanmış vəziyyətdədir.

Xatırladaq ki, Endryu Mauntbatten-Vindzor fevralın 19 -da vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək saxlanılıb. Həmçinin onun adı amerikalı maliyyəçi Ceffri Epşteyn işində də hallanıb.

Bizə qoşulun