Medianews.az
“Qarabağ”a qarşı eyni tempdə davam etmək çətin idi” -
142 baxış

“Qarabağ”a qarşı eyni tempdə davam etmək çətin idi” - Tonali

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.

Medianews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, UEFA-ya danışan Tonali “Qarabağ”a qarşı çətinlik çəkdiklərini söyləyib:

“Əlbəttə ki, əla başlanğıc idi. Altı dəqiqəyə 2 qol vurmaq yaxşıdır. Bundan sonra oyun daha çox açıq keçdi. Ümumi hesab 9:3 olduğu üçün asan deyildi, ona görə də başladığımız tempdə davam etmək çətin idi. Amma ən vacibi qalib gəlmək və növbəti mərhələyə yüksəlməkdir”.

Bizə qoşulun