İstanbulda narkotik və fahişəliklə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Kasım Qaripoğlunun malikanəsi ilə bağlı yeni detallər üzə çıxıb.
Medianews.az xəbər verir ki, istintaq materiallarına görə, Qaripoğlunun malikanəsində çalışan xadimə əlavə ifadə verərək keçirilən məclislərlə bağlı bir sıra məşhur adların adını çəkib.
Qadın bildirib ki, malikanədə təşkil olunan məclislərdə bir çox tanınmış sima iştirak edib. Onun sözlərinə görə, həmin tədbirlərdə Şevval Şahin, Derin Talu, Deren Talu, Gökmen Kadir Şeynova, Ayşegül Şeynova, Merve Taşkın, Elis Sakıçoğlu və Zeynep Alkan da yer alıb.
İfadədə qeyd olunur ki, xadimə adlarını xatırlamadığı başqa qonaqların da məclislərdə iştirak etdiyini bildirib.
Adı hallanan şəxslər arasında sosial media fenomeni Merve Taşkının da olması diqqət çəkib. Məlumata görə, İstanbulda aparılan istintaq çərçivəsində Taşkın barəsində həbs qərarı çıxarılıb.
Onun Türkiyəni tərk edərək Baliyə getdiyi bildirilir.
Qeyd edək ki, adı çəkilən şəxslərlə bağlı rəsmi ittiham irəli sürülüb-sürülmədiyi barədə hələlik açıqlama verilməyib. İstintaq tədbirləri davam edir.
Medianews.az