Medianews.az
Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı
57 baxış

Qazaxıstanda qırıcı təyyarə qəzaya uğradı

Qazaxıstanın Karaqanda vilayətində "Su-30 SM" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Medianews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, hadisə planlaşdırılmış təlim uçuşu zamanı baş verib.

"Təyyarənin ekipajı vaxtında katapult edə bilib. Pilotlar sağdır, həyatları və sağlamlıqları üçün təhlükə yoxdur. Onlar tibbi mütəxəssislərin nəzarəti altındadırlar. Təyyarənin düşdüyü ərazi nəzarətə götürülüb. Əhali və ya infrastruktur üçün heç bir təhlükə yoxdur", - deyə nazirliyin məlumatında bildirilib.

Qəzanın səbəbinin və baş vermə şəraitinin müəyyən edilməsi üçün xüsusi komissiya yaradılıb. İstintaqın nəticələrinə əsasən hüquqi qiymətləndirmə aparılacaq, qərar veriləcək.

Bizə qoşulun