Medianews.az
İclasda ayaqqabısını bəyənməyib bunları hədiyyə etdi,
132 baxış

İclasda ayaqqabısını bəyənməyib bunları hədiyyə etdi, gündəm oldu - FOTO

ABŞ Dövlət katibi Marko Rubionun geyindiyi böyük ölçülü ayaqqabılar sosial şəbəkələrdə marağa səbəb olub.

Medianews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri yayılmış parlaq dəri ayaqqabıları ona ABŞ Prezidenti Donald Trampın hədiyyə etdiyi bildirilir.

İddia olunur ki, Tramp Oval Ofisdə keçirilən görüşlərdən birini yarımçıq dayandıraraq yaxın ətrafının geyindiyi ayaqqabılara irad bildirib. Daha sonra ABŞ lideri vitse-prezident Ceyms Devid Vens və Dövlət katibi Marko Rubionun ölçülərini dəqiqləşdirib. Dövlət başçısının vədini tutduğu və yaxın ətrafına “Florsheim” brendindən 145 dollarlıq (256,50 AZN) ayaqqabılar hədiyyə etdiyi deyilir.

“Kişinin ayaqqabı ölçüsü onun haqqında çox şey deyir”, - Tramp söhbət zamanı bildirib.

Məlumata görə, Trampın ayaqqabı hədiyyə etdiyi şəxslər arasında müdafiə naziri Pit Heqset, ticarət naziri Hovard Lutnik, kommunikasiyalar üzrə direktor Stiven Çenq, nəqliyyat naziri Şon Dafi, Cənubi Karolina ştatından olan senator Lindsi Qrem, jurnalist Taker Karlson və “Fox News”un aparıcısı Şon Henniti də olub.

Bizə qoşulun