Medianews.az
Hörmüz boğazı: İranın neft ixracı davam edir -
124 baxış

Hörmüz boğazı: İranın neft ixracı davam edir - Çin əsas alıcıdır

Hörmüz boğazında artan hərbi gərginliklərə baxmayaraq, İran xam neft ixracını davam etdirir. Boğaz qlobal neft və LNG ticarətinin kritik keçid nöqtəsi olaraq qalır, İran neftinin 80%-dən çoxunu isə Çin alır.

Medianews.az xəbər verir ki, bununla bağlı gəmiçilik və enerji ticarətini izləyən, neft axınlarını təhlil edən “Kpler” və “TankerTrackers” şirkətləri məulmat yayıb.

Məlumata görə, Çin Hörmüzdən çıxan İran neftinin əsas alıcısıdır. Gündə 1,3–1,4 milyon barrel neft idxal edən Çin neft emalı zavodları, bölgədə gərginlik artsa da tədarükünü saxlayır. 28 fevraldan bəri Hürmüz Boğazından 11-12 milyon barrel neft ötürülüb.

Ekspertlər bildirirlər ki, bu ixracın davam etməsi İranın iqtisadi asılılığını və Çinlə enerji əməkdaşlığının əhəmiyyətini göstərir.

 “Wood Mackenzie” şirkətindən Alan Gelder vurğulayıb ki, İran ixracını əsasən dəniz ticarət yolları üzərindən həyata keçirir. Lakin hərbi gərginliklər və ABŞ-İsrail təzyiqləri iqtisadi risk yaradır.

Alan Gelder həmçinin qeyd edib ki, İran nefti əsasən ABŞ maliyyə sistemindən kənar fəaliyyət göstərən müstəqil neft emalı zavodları vasitəsilə Çin bazarına çatır və bu, paralel bir ticarət kanalı yaradır. Günlük ixrac həcmi qlobal bazarın ümumi miqdarına nisbətən kiçik olsa da, İran üçün həyati əhəmiyyət daşıyır.

Enerji analitiki Vandana Hari deyib ki, neft ixracı İranın iqtisadiyyatını müharibə dövründə yaşatmaq üçün əsas vasitədir. O bildirib ki, ölkədə infrastrukturun məhv olması iqtisadi dirçəliş üçün əsas gəlir mənbəyini təhlükəyə ata bilər: "İran yalnız hərbi və dəniz imkanlarının deyil, mülki infrastrukturunun da məhvi ilə üz-üzədir. Neft və təbii qaz hasilatı və bağlı infrastruktura zərər dəyərsə, iqtisadiyyatın bərpası üçün əsas kanalı itirmək riski yaranır".

Medianews.az

Bizə qoşulun