Medianews.az
“Heç bir baş nazir mənim həyat yoldaşım kimi...” -
104 baxış

“Heç bir baş nazir mənim həyat yoldaşım kimi...” - Sara Netanyahu

“İsrailin heç bir baş naziri mənim həyat yoldaşım kimi ABŞ-yə hər səfərində xristian icmasının liderləri ilə görüşməyə, onları dinləməyə, bu icma ilə səmimi tərəfdaşlıq qurmağa can atmayıb”. Medianews.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun xanımı Sara Netanyahu ABŞ-nin “Foks Nyus” kanalına müsahibəsində belə deyib.

Dünyada, o cümlədən ABŞ-də antisemitizmin artdığını diqqətə çatdıran Sara Netanyahu bildirib ki, xristianlarla yəhudilər arasında münasibətləri korlamağa, xristian icmasının İsrailə dəstəyini zəiflətməyə çalışanlar var və antisemit çıxışların İrana qarşı müharibənin getdiyi bir dövrdə güclənməsi xüsusilə narahatlıq doğurur.

İran rəhbərliyinin dəfələrlə İsraili məhv etməklə hədələdiyini xatırladan Sara Netanyahu deyib: “Holokost faciəsi heç vaxt təkrarlanmamalıdır və təkrarlanmayacaq da”.

Sara Netanyahu ABŞ prezidenti Donald Trampı İsrailin ən güclü müttəfiqlərindən biri kimi qiymətləndirib və qeyd edib ki, Trampın rəhbərliyi sayəsində Yaxın Şərqdə yeni siyasi reallıqlar formalaşmaqdadır.

Medianews.az

Bizə qoşulun