Medianews.az
Hazır qidalar və fast food
89 baxış

Hazır qidalar və fast food ürək sağlamlığına zərər verir

Mütəxəssislər fast food və işlənmiş qidaların ürək-damar sistemi üçün ciddi risk yaratdığını bildirir və sağlam qidalanmada bu məhsullardan uzaq durmağı tövsiyə edirlər.

Medianews.az xəbər verir ki, bu haqqında türkiyəli kardioloq Yüksel Doğan danışıb.

Onun sözlərinə görə, sürətli həyat tərzi ilə artan hazır yemək vərdişi orqanizmin balansını pozur.

 İşlənmiş qidalarda yüksək miqdarda kalori, duz və şəkər olur, həmçinin tərkibində zərərli trans yağlar və az miqdarda lif və antioksidant mövcuddur.

Həkimlər qeyd edir ki, bu qidalar iştahanı artıraraq artıq çəkiyə və piylənməyə səbəb olur. Eyni zamanda qan şəkərinin yüksəlməsi, uzunmüddətli dövrdə diabet, yüksək təzyiq və xolesterin kimi xəstəliklərin riskini artırır. Bu faktorlar birlikdə ürək-damar xəstəliklərinin yaranmasına şərait yaradır.

Mütəxəssislər sağlam qidalanma üçün evdə hazırlanmış yeməklərə üstünlük verilməsini tövsiyə edir. Ev yeməklərində duz və şəkərin nəzarətdə saxlanılması, əlavə qatqılardan uzaq durulması və mövsüm məhsullarının seçilməsi sağlam həyat üçün vacib sayılır.

Medianews.az

 

Bizə qoşulun