Türkiyəli komediya aktyoru Hasan Can Kayanın iki il əvvəl öz proqramında tamaşaçılarından birini İsa peyğəmbər ilə müqayisə etdiyi zarafat sosial mediada yenidən müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, köhnə videonun yenidən gündəmə gəlməsi böyük polemikaya yol açıb və rəsmi dairələrdən sərt reaksiyalarla qarşılanıb.
Hadisə nə baş verib?
Verilişin köhnə buraxılışında Hasan Can Kaya tamaşaçıya müraciət edərək belə deyib:
"Görünüşünüz elədir ki, sanki İsa peyğəmbərə bənzəyirsiniz. Bəşəriyyəti salamlamaq istərdinizmi?"
Kadrların sosial mediada yenidən yayılması qısa müddətdə mübahisə yaradıb və komediyaçı sərt tənqid hədəfinə çevirib.
Prezidentin baş müşaviri Oktay Saral sosial media hesabında görüntülərə münasibət bildirərək komediyaçını ağır ifadələrlə tənqid edib:
"İnanıram ki, hakimiyyət orqanları bu şarlatan, axmaq komediyaçıya dinimizin və peyğəmbərlərin lağa qoyulmamalı olduğunu xatırlatsa daha faydalı olardı".
Saralın açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub.
Gələn reaksiyalardan sonra Hasan Can Kaya məsələ ilə bağlı rəsmi açıqlama yayıb və ictimaiyyətdən üzr istəyib.
O bildirib:
"İki il əvvəl ‘KONUŞANLAR’ proqramımızda səslənən zarafatın yenidən gündəmə gəlməsi və mübahisələr yaratması məni kədərləndirir. Həmin ifadələrin heç bir şəkildə dini inancları və ya müqəddəs dəyərləri lağa qoymaq məqsədi daşımadığını xüsusi vurğulamaq istəyirəm. Bütün inanclara və dəyərlərə hörmət bizim əsas prinsipimizdir. Anlaşılmazlığın bir daha yaşanmaması üçün məzmunumuzu daha diqqətlə qiymətləndirəcəyəm. Yaranan narahatlığa görə səmimi qəlbdən üzr istəyirəm".
Medianews.az