İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatları tarixində yığması adına unikal göstəriciyə imza atıb.
Medianews.az xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində Konqo Demokratik Respublikasına qarşı keçirilən görüşdə iki dəfə fərqlənən Keyn komandasına 2:1 hesablı qələbə qazandırıb.
Təcrübəli hücumçu hər iki qolu oyunun 75-ci dəqiqəsindən sonra vurub.
Opta statistikasına görə, dünya çempionatları tarixində indiyədək heç bir İngiltərə futbolçusu bir oyunda əsas vaxtın son 15 dəqiqəsində iki qol vurmağı bacarmamışdı.
Qeyd edək ki, İngiltərə millisi 1/8 finalda Meksika ilə qarşılaşacaq.
Medianews.az