Çin hava limanında hamilə qadın təyyarəyə buraxılmadığı üçün bir saat ərzində uçuş heyətinin üzərinə qışqırıb.
Medianews.az xəbər verir ki, hadisə noyabrın 10-da səhər saatlarında Çinin Sıçuan əyalətindəki Çenqdu Şuanqliu hava limanında baş verib.
Bildirilir ki, qadın səkkiz aylıq hamilə olduğu üçün ona təyyarəyə minmək icazə verməyiblər.
Sərnişin tərəfindən videoya görüntülərdə qadınla ekipaj arasında bir saat davam edən mübahisə görünür. Videoda qadının stüardessalara qışqırması da əks olunub. Kapitanın hətta onunla danışmaq üçün çıxdığı bildirilir.
Turist müqavimət göstərib və təyyarəni tərk etməkdən imtina edib. Tibet Hava Yollarının əməkdaşları qadını və ərini təyyarədən endirən polisi çağırmalı olub. Münaqişəyə görə, təyyarə bir saat sonra hava limanını tərk edib.
Medianews.az