Medianews.az
Hacı Murad Yagizarovun anadan olmasından
117 baxış

Hacı Murad Yagizarovun anadan olmasından 87 il ötür

Bu gün teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti Hacı Murad Yagizarovun anadan olmasından 87 il ötür.

Medianews.az xəbər verir ki, o, 1939-cu ildə Bakı şəhərində anadan olub.

Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alır. 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.

O, 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.

Hacı Murad Yagizarov Azərbaycan kinosunda da çox məhsuldar aktyor olub. O, 40-dan çox film və televiziya layihəsində rol alıb. Çəkildiyi ən məşhur filmləri bunlardır:

"Ögey ana", "Uzaq sahillərdə", "Mateo Falkone", "Böyük dayaq", "Ulduz", "Arşın mal alan", "Bir cənub şəhərində", "Babək", "Bağ mövsümü", "Nigarançılıq".

Fəaliyyəti dövründə aşağıdakı mükafatlara layiq görülüb:

- "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı - 1 iyun 1974

- "Azərbaycan SSR Xalq artisti" fəxri adı - 1 dekabr 1982

- Azərbaycan SSR Dövlət mükafatı - 1986

- "Qızıl Dərviş" mükafatı - 1996

- "Şöhrət" ordeni - 28 oktyabr 2009

- "Şərəf" ordeni - 1 avqust 2019.

Bizə qoşulun