Bəhreynin hava hücumundan müdafiə qüvvələri İrandan gələn bir neçə hava hədəfini məhv edib.
Medianews.az xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
Məlumatda bildirilir ki, hava hücumundan müdafiə sistemləri 18 iyulda İranın bir neçə hava hücumunu məhv edib.
Komandanlıq Bəhreyn Silahlı Qüvvələrinin krallığı qorumaq üçün ən yüksək döyüş hazırlığı səviyyəsində olduğunu təsdiqləyib və vətəndaşları ehtiyatlı olmağa, şübhəli əşyalardan çəkinməyə və dərhal bu barədə məlumat verməyə çağırıb.//Teleqraf