Gürcüstanın Milli Statistika Xidməti 2025-ci ilin yanvar-noyabr aylarında 23,2 milyard dollar xarici ticarət dövriyyəsi qeydə alıb.
Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
İxracda artım 10,1 faiz, idxalda 9,3 faiz göstərilir.
Hesabatda idxalın ixracı 9,9 milyard dollar üstələdiyi vurğulanır.
2022-ci ildə Gürcüstanın xarici ticarətində mənfi saldo 7,9 milyard dollar, 2023-cü ildə 9,5 milyard dollar, 2024-cü ildə 10,3 milyard dollar olub.