Medianews.az
Gündəlik qəzetlər
349 baxış

Gündəlik qəzetlər sıradan çıxır?

Medianın İnkişafı Agentliyi qəzetlərə 2026-cı ilin ilk yarısı üçün maliyyə dəstəyinin şərtlərini açıqlayıb. Yeniliyə görə, qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstəriləcək və bu məqsədlə onlara aylıq 5000 manat vəsait ödənəcək. Hər bir qəzetin internet versiyası üçün ayda 3000 manat maliyyə yardımı da nəzərdə tutulur.

Medianews.az bildirir ki, indiki qaydaya görə, ölkənin 6 gündəlik nəşrinin həftədə 5 nömrəsi maliyyələşir. “Yeni Müsavat”, “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “Bakı xəbər” qəzetlərinə və “525-ci qəzet”ə ayda 15000 manat, onların saytlarına 3000 manat ayrılır.

Medianews.az

Bizə qoşulun