Endokrinoloq Yekaterina Yanq balqabaq tumlarının ürək sağlamlığına və yuxunun yaxşılaşmasına müsbət təsir etdiyini bildirib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, bu məhsul maqnezium və sinklə zəngindir. Bu da immunitet və hormonal balans üçün vacibdir.
Həmçinin tərkibində olan omeqa-3 yağ turşuları ürək və beyin fəaliyyətini dəstəkləyir.
Mütəxəssis qeyd edib ki, balqabaq tumlarında olan triptofan maddəsi yuxunu tənzimləməyə kömək edir. Bundan əlavə, menopauza dövründə qadınlarda narahatlıqları azalda bilər.
Həkim gündə 25–30 qram, yəni bir ovuc qədər, çiy və duzsuz balqabaq tumu yeməyi tövsiyə edir.
Medianews.az