Medianews.az
“Gözəllik kraliçası” ölü tapıldı -
67 baxış

“Gözəllik kraliçası” ölü tapıldı - Əri saxlanıldı - FOTO

Hindistanda keçmiş gözəllik kraliçası Tvişa Şarma ölü tapılıb.

Medianews.az xəbər verir ki, yerli medianın məlumatına görə, qadının həyat yoldaşı Samart Sinqh hadisə ilə bağlı polisə təslim olub.

33 yaşlı Şarmanın meyiti ərinin evinin həyətində aşkarlanıb. İlkin araşdırmada hadisə intihar kimi qiymətləndirilsə də, qadının ailəsi bununla razılaşmayıb və ölümə görə Sinqh və onun ailəsini günahlandırıb.

Yaxınlarının sözlərinə görə, Şarma həyat yoldaşı və qayınanası tərəfindən psixoloji və fiziki təzyiqə məruz qalıb. Onlar həmçinin qadının cehiz məsələsinə görə ailə münaqişəsi yaşadığını iddia ediblər. Ailə üzvləri may ayında Şarmanın məcburi abort etdirildiyini də bildiriblər. Sinqhin anası isə bu ittihamları rədd edib.

Araşdırma başlayandan sonra yoxa çıxan Sinqh bir müddət sonra polisə gələrək təslim olub və hazırda həbsdə saxlanılır.

Qeyd edək ki, Tvişa Şarma 2012-ci ildə Hindistanın Puna şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibi olub. Daha sonra reklam və kino sahəsində fəaliyyət göstərib, son illərdə isə marketinq sahəsində çalışıb.

Medianews.az

Bizə qoşulun