Medianews.az
Gənc aktyor xəstəxanaya
104 baxış

Gənc aktyor xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış aktyor Oktay Çubuk Portuqaliyada istirahət zamanı qəfil səhhətində problem yaşayıb və xəstəxanaya aparılıb.

Medianews.az xəbər verir ki, 30 yaşlı aktyorun ürəyi dayanıb. Lakin həkimlərin müdaxiləsi ilə vəziyyəti stabilləşdirilib.

O, hazırda reanimasiya şöbəsində nəzarət altında saxlanılır.

Son tibbi yoxlamalara əsasən, aktyorun həyati təhlükəsinin aradan qalxdığı bildirilib. Onun müalicəsinin davam etdiriləcəyi və bir müddət müşahidə altında qalacağı qeyd olunub.

Medianews.az

Bizə qoşulun