Medianews.az
Fransa da ABŞ-a qarşı çıxdı –
87 baxış

Fransa da ABŞ-a qarşı çıxdı – Blokada “çökür”

Fransa ABŞ-nin Hörmüz boğazı ilə bağlı təşəbbüsünü dəstəkləməyəcək.

Axar.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Addad deyib.

“Biz Yaxın Şərqdə gərginliyin azaldılmasına və danışıqlar yolu ilə getməyə çalışırıq. İranın nüvə proqramı məsələsinin həlli üçün diplomatik yanaşma tapmaq, ardınca isə hərbi əməliyyatlardan sonra Hörmüz boğazında gəmiçiliyin açılmasını və azadlığını təmin etmək lazımdır. Və bu, hərbi əməliyyatlar çərçivəsində deyil, müharibədən sonra olacaq”, - o bildirib.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda danışıqlar keçirilib və nəticəsiz başa çatıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Hörmüzün blokadasına başlandığını açıqlayıb.

Bundan öncə Britaniya və Avstraliya blokadaya qoşulmayacaqlarını bildiriblər.

Bizə qoşulun