Medianews.az
Fransa ABŞ-nin Hörmüz qərarına qarşı çıxdı:
105 baxış

Fransa ABŞ-nin Hörmüz qərarına qarşı çıxdı: Qanunsuzdur

Fransa ABŞ-nin Hörmüz boğazındakı blokadasını dəstəkləməkdən imtina edib və bu addımı beynəlxalq hüquqa zidd adlandırıb.

Medianews.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "RFI"nin efirində danışıb.

Nazir bildirib ki, beynəlxalq sularda gəmilərin hərəkəti bəşəriyyətin ortaq mülkiyyətidir: "Bu blokada ən qısa zamanda aradan qaldırılmalıdır. Faktiki olaraq həm ABŞ, həm də İran eyni təzyiq rıçağından istifadə edərək boğazı növbə ilə bağlayırlar".

Barro xəbərdarlıq edib ki, uzunmüddətli blokada dünya iqtisadiyyatına və vətəndaşların alıcılıq qabiliyyətinə ağır zərbə vuracaq.

"Biz bu münaqişənin qlobal iqtisadiyyatı girov götürməsinə icazə verə bilmərik", - deyə o vurğulayıb.//Publika.az 

Bizə qoşulun