"Ford" şirkəti uzun illərin populyar modeli olan "Focus"un istehsalını dayandırdığını açıqlayıb.
Milli.Az xəbər verir ki, 27 il ərzində buraxılan və dünya üzrə böyük satış göstəricilərinə malik "Focus" bundan sonra istehsal xəttindən çıxarılmayacaq.
Məlumata əsasən, bu modelin indiyə qədər 12 milyon ədədindən çox satışı həyata keçirilib.
Şirkət yaranacaq boşluğu doldurmaq üçün 2027-ci ildə satışa çıxarılması gözlənilən yeni ortaölçülü krossover modelini hazırlayır.