Medianews.az
Floridada çimərlikdə bədbəxt hadisə: İldırım vuran dörd nəfərdən biri ölüb -
141 baxış

Floridada çimərlikdə bədbəxt hadisə: İldırım vuran dörd nəfərdən biri ölüb - FOTO

Amerika Birləşmiş Ştatlarının Florida ştatındakı çimərliklərin birində ildırım vurması nəticəsində bir nəfər ölüb.

Bu barədə şerif Karmin Marsenonun ofisi "X" sosial platformasında rəsmi açıqlama yayıb.

Fort-Mayers çimərliyində baş verən bədbəxt hadisəyə dair yayılan bəyanatda qeyd edilir:

"İnsident zamanı dörd nəfər xəsarət alıb, onlardan ən azı üçü bölgədəki xəstəxanalara yerləşdirilib... Zərərçəkənlərdən biri həyati təhlükəsi olan ağır yaralar alaraq həyatını itirib".

Bildirilir ki, hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətləri baş vermiş bu faciənin təfərrüatını araşdırır./oxu.az

Floridada çimərlikdə bədbəxt hadisə: İldırım vuran dörd nəfərdən biri ölüb - FOTO

Bizə qoşulun