“Barselona” “Mançester Yunayted”ə müdafiəçi Jül Kunde ilə müqavilə imzalamaq imkanı təklif edib.
Kataloniya klubu fransız oyunçu üçün 50 milyon funt sterlinqdən (58,4 milyon avro) çox almağı gözləyir.
Bu barədə “TEAMtalk” məlumat yayıb.
Oyunçunun həftəlik 200.000 funt sterlinqdən (təxminən 233.000 avro) çox yüksək maaşı potensial alıcılar üçün əlavə maliyyə yükü yarada bilər.
Amma bildirilir ki, oyunçu statusuna baxmayaraq, bu transfer hazırda “mankunianlar” üçün prioritet deyil. “Yunayted”in yay transfer pəncərəsinin qalan hissəsindəki əsas məqsədi yarımmüdafiəni gücləndirmək və yeni sol cinah müdafiəçisi tapmaqdır./publika.az