Medianews.az
Fitrə zəkatının məbləği
116 baxış

Fitrə zəkatının məbləği AÇIQLANDI

Qazılar Şurasının fətvasına əsasən, adambaşına 10-15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə edilir.

Bu barədə Medianews.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, fitrə zəkatı canın sədəqəsi sayılır və maddi imkanı olan müsəlmanların ailə üzvlərinin hər biri üçün fitrə çıxarması, onu ehtiyacı olan şəxslərə və aztəminatlı ailələrə verməsi vacibdir. Bu ənənə bayram günlərində ehtiyacı olan insanların da sevinc yaşamasına şərait yaradır.

 

Bizə qoşulun