Medianews.az
Fil turisti tapdalayıb
175 baxış

Fil turisti tapdalayıb ÖLDÜRDÜ

Taylandda fil 69 yaşlı turisti tapdalayıb öldürüb.

Medianews.az xəbər verir ki, faciə fevralın 2-də Khao Yai Milli Parkında baş verib.

Kişi çadır düşərgəsindən 20 metr aralıda məşq edərkən heyvan ona hücum edib. Şahidlərin sözlərinə görə, fil kişini yerə yıxıb və tapdalayıb.

Aldığı xəsarətlər çox ağır olduğundan zərərçəkən çoxlu qan itirib.

Digər tursitlər hər şeyi görüblər, lakin müdaxilə etməyiblər.

Tayland hakimiyyəti milli parkda, xüsusən də vəhşi təbiətin miqrasiya yollarına yaxın ərazilərdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac olduğunu bildirib.

Medianews.az

Bizə qoşulun