Medianews.az
Pezeşkiandan SON DƏQİQƏ AÇIQLAMASI:
61 baxış

Pezeşkiandan SON DƏQİQƏ AÇIQLAMASI: ABŞ-nin təklifinə CAVAB VERDİ

İran prezidenti Məsud Pezeşkian regiondakı dost hökumətlərin ABŞ prezidentinin danışıqlar təklifinə cavab verməsi xahişi fonunda dövlət katibinə tapşırıq verib.

Musavat.com xəbər verir ki, bu barədə İran prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 O, milli maraqlar çərçivəsində ləyaqət, hikmət və məqsədəuyğunluq prinsiplərinə əsaslanan ədalətli və qərəzsiz danışıqların təmin olunmasını tələb edib.

"Regiondakı dost hökumətlərin ABŞ Prezidentinin danışıqlar təklifinə cavab vermək xahişi fonunda mən xarici işlər nazirinə uyğun şərait olduğu təqdirdə təhdidlər və əsassız gözləntilər olmadan ədalətli və bərabərhüquqlu danışıqlar aparmağı tapşırdım", - o qeyd edib.

Pezeşkian qeyd edib ki, bu danışıqlar yalnız təhdidlərdən və əsassız gözləntilərdən uzaq, müvafiq və uyğun bir atmosferdə həyata keçirilə bilər.

Bizə qoşulun