Medianews.az
Məşhur aparıcının anası
47 baxış

Məşhur aparıcının anası itkin düşdü

Məşhur amerikalı televiziya aparıcısı Savannah Guthrie-nin anası, 84 yaşlı Nensi Guthrie itkin düşüb.  

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, polislər adam oğurluğu olduğundan şübhə edirlər.

Aparıcının anası sonuncu dəfə 31 yanvar şənbə günü, uşaqları ona qonaq gedəndə görünüb. Onun bazar günü itkin düşdüyü bildirilir. Məlumata görə, Guthrie-nin hərəkət problemləri var və o, köməksiz evdən çıxa bilmir. Qeyd olunur ki, qadın demensiya xəstəsi deyil.

Medianews.az

Bizə qoşulun