Medianews.az
Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi –
62 baxış

Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi – RƏQƏMLƏR

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Əmirliyin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla strateji tərəfdaşlıq məsələlərini müzakirə edib.

Prezidentlərin qarşılıqlı səfərləri ölkələr arasındakı strateji tərəfdaşlığın daha da güclənməsinə xüsusi töhfə verməkdədir. Dövlətlər bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə güclü əməkdaşlıq qurublar.

Strateji tərəfdaşlıq dövlətlər arasındakı ticarət dövriyyəsinə də müsbət təsirlərini göstərməkdədir.

2025-ci ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsi 87 faiz artaraq 166.4 milyon dollara çatıb.

Həmin müddətdə BƏƏ ilə ticarət əlaqələrində Azərbaycan 50 milyon dollara müsbət saldoya malik olub.

BƏƏ Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji tərəfdaşa çevrilməkdədir. Belə ki, sözügedən dövrdə Azərbaycanın BƏƏ-ə ixrac etdiyi məhsulların 98 faizi qeyri neft-qaz məhsulları olub. Bu, Azərbaycan sahibkarları üçün 106 milyon dollarlıq gəlir deməkdir.

Əməkdaşlıq eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarında da özünü göstərməkdədir. BƏƏ Azərbaycanın yaşıl enerji sektoruna ən çox sərmayə qoyan dövlətlərdəndir.

Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı strateji münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq.

Vüqar Bayramov,
iqtisadçı deputat

Bizə qoşulun