Medianews.az
FİFA-nın yenilənmiş reytinqi
128 baxış

FİFA-nın yenilənmiş reytinqi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) yenilənmiş reytinqində 211 milli komanda yer alır.

Medianews.az bildirir ki, cari siyahıya Fransa başçılıq edir, San Marino son sırada dayanır.

İran 21-ci, Türkiyə 22-ci, Ukrayna 32-ci, Rusiya 36-cı, Özbəkistan 50-ci, Gürcüstan 72-ci, Belarus 97-cu, Tacikistan 103-cü, Ermənistan 106-cı, Qırğızıstan 107-ci, Qazaxıstan 110-cu, Azərbaycan 124-cü, Estoniya 129-cu, Latviya 137-ci, Türkmənistan 141-ci, Litva 148-ci, Moldova 159-cu pillədə göstərilir.

Reytinq oyunların əhəmiyyəti, rəqiblərin oyuna qədər mövqeyi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanır. Rəsmi yoldaşlıq oyununun əmsalı ən azı 5, ən çoxu 10, beynəlxalq turnirdə oyunun minimum əmsalı 15, maksimum əmsalı 60-dır.

Əsas və əlavə vaxtda qələbə 1 xal, penalti seriyasında qələbə 0,75 xal, həmin seriyada məğlubiyyət 0,5 xaldır.

Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası 8 Avropa çempionatının, 8 dünya çempionatının seçmə mərhələsində, 4 Millətlər Liqasının qrup mərhələsində ələnib.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun