ABŞ-nin Arizona ştatında buraxılış gecəsində dəhşətli hadisə baş verib. 18 yaşlı Bleyk adlı gənc damdan hovuza tullanarkən qulağını itirib və sinif yoldaşının valideynlərini məhkəməyə verib.
Medianews.az xəbər verir ki, hadisə gəncin dostunun evində təşkil olunan partidə yaşanıb.
Zərərçəkmişin iddiasına görə, ev sahibləri olan valideynlər yeniyetmələrə spirtli içki təklif edib və onların təhlükəli əyləncələrinə göz yumublar.
Həddindən artıq spirtli içki qəbul edən Bleyk evin damına çıxaraq hovuza salto vurmaq istəyib. Lakin o, suya yox, hovuzun kənarına çırpılıb. Zərbənin gücündən gəncin qulağı qopub, özü isə kəllə-beyin travması alaraq huşsuz vəziyyətdə suya yıxılıb. Dostları onu boğulmaqdan son anda xilas ediblər.
Hazırda şikayətçi tərəf tibbi xərclərin ödənilməsi üçün ev sahibi olan ailədən təzminat tələb edir. Qarşı tərəf isə məsələ ilə bağlı hələlik şərh verməyib.