Mütəxəssislər bildirirlər ki, qurbağaların evlərin yaxınlığında görünməsi təsadüfi deyil. Onları cəlb edən əsas amillər — rütubət, sığınacaq və qida mənbəyidir. Qurbağalar həm də ekoloji baxımdan faydalıdır: bir gecədə çoxlu sayda zərərverici həşəratı, xüsusilə ağcaqanadları məhv edə bilirlər.
Medianews.az xəbər verir ki, alimlər vurğulayırlar ki, qurbağalar bioindikator sayılır. Onların mövcudluğu ərazinin nisbətən təmiz və balanslı ekosistemə malik olduğunu göstərir.
Mədəniyyət və inanclarda isə qurbağa uğur və rifah simvolu hesab olunur. Fenşuy praktikasında “pul qurbağası” maliyyə bolluğu ilə əlaqələndirilir. Qurbağanın həyətə gəlməsi həm də dəyişiklik və yenilənmənin işarəsi kimi yozulur.
Beləliklə, evin yaxınlığında qurbağa görmək nə təhlükə, nə də pis əlamətdir. Əksinə, bu, sağlam mühitin göstəricisi və mədəniyyətlərdə xoşbəxtlik rəmzi kimi qəbul olunur.
Medianews.az