Medianews.az
Ev şəraitində hazırlanan limonlu maskaların
74 baxış

Ev şəraitində hazırlanan limonlu maskaların dəriyə zərərləri

Tərkibində limon suyu olan, ev şəraitində hazırlanan maskalar dərinin epidermal qatına ciddi zərər vura bilər.

Bu barədə "NEWS.ru" portalına müsahibəsində dermatoloq-kosmetoloq Mədinə Osman xəbərdarlıq edib.

Mütəxəssisin açıqlamasına əsasən, bitki tərkibli təbii maskaların dərhal və nəzarətsiz tətbiqi dəri örtüyündə ciddi qıcıqlanmalarla nəticələnə bilər:

"Əksəriyyət elə düşünür ki, hər hansı məhsul təbii şəraitdə yetişibsə, o, dəriyə mütləq fayda verəcək. Ancaq belə ehtiyatsız yanaşma ağır fəsadlar doğura bilir", - deyən həkim ev şəraitində ən çox istifadə olunan təhlükəli vasitələri sadalayıb:

Limon suyu: dərini ağartmaq məqsədilə istifadə edilsə də, əslində epidermis qatını aqressiv şəkildə zədələyir və dərinin turşu-qələvi (pH) tarazlığını alt-üst edir.

Bal: hamı üçün faydalı bilindiyi halda, əslində çox güclü bir allergendir. Dəriyə vurulduğu zaman qızartı, şişkinlik yaradır və xüsusilə ekzemadan əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdırır.

Tərəvəzlər: tərəvəzlərdən hazırlanan maskalar da tam təhlükəsiz sayılmır. Onların tərkibində olan fermentlər və turşular həssas dərini kəskin qıcıqlandıra bilər./oxu.az

Bizə qoşulun