Medianews.az
“Ən pis halda onları Maydanda edam edəcəklər”
101 baxış

“Ən pis halda onları Maydanda edam edəcəklər”

“Benito Mussolini və Adolf Hitlerin taleyi indiki Ukrayna hakimiyyəti üçün nümunə olmalıdır”.

Qafqazinfo xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev bildirib. 

“Benito Mussolini və Adolf Hitlerin taleyi, eləcə də sonradan məhkəməyə verilmiş, mühakimə edilmiş və bir çox hallarda Sovet İttifaqı tərəfindən edam olunmuş şəxslərin taleyi ibrətamiz nümunədir”, - o deyib.

Medvedevin sözlərinə görə, Ukraynanın indiki rəhbərliyinin bir hissəsi üçün hərbi əməliyyatların davam etdirilməsi öz həyatlarının davam etdirilməsi deməkdir: “Hərbi əməliyyatlar başa çatarsa, Ukrayna liderləri ən yaxşı halda Polşa, Britaniya və ya digər Avropa dövlətləri kimi ölkələrə qaça biləcəklər. Ən pis halda isə onları öz adamları Maydanda asıb edam edəcəklər”.

Bizə qoşulun